30 May 2023 13:47
2 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ali Seçki Komissiyasının iyunun 1-də yekun seçki nəticələrini açıqladıqdan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın and içərək, yeni kabinetini açıqlayacağı bildirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Akit” qəzeti məlumat yayıb.

Yeni kabinetdə sürpriz isimlərin olacağı vurğulanır.

Kulis məlumatına görə, bu isimlərdən birinin Ərdoğanın kürəkəni, bundan əvvəl energetika və təbii sərvətlər naziri vəzifəsində çalışmış Bərat Albayrak olduğu iddia edilir. Digər isim isə müdafiə naziri Hulusi Akardır. AKP-dən Kayseri millət vəkili seçilən Akarın müdafiə naziri kimi postunu qoruyacağı deyilir.

Vəzifəsini davam etdirəcəyi gözlənilən digər ismin isə xarici işlər naziri Mövlud Çavuşoğlu olduğu bildirilir.

Səhiyyə naziri Fahrettin Kocanın yenidən nazir olmaq istəmədiyi söylənilir. Kulisdə “Acıbadem” holdinqin prezidenti və Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti Məhmət Əli Aydınların yeni səhiyyə naziri olacağı danışılır.

AKP-nin baş katibi Fatih Şahinin adı isə yeni ədliyyə naziri kimi çəkilir. Bununla belə, onun Gənclər və İdman Nazirliyinə rəhbər təyin olunacağı da istisna edilmir.

Ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurumun öz vəzifəsini davam etdirəcəyi iddia olunur.

Kulis xəbərinə görə, Ərdoğanın köməkçisi Həsən Doğan və 13 ildir Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri vəzifəsini icra edən Hakan Fidanın da adları yeni kabinet üçün hallandırılır. Fidanın Xarici İşlər Nazirliyi və ya Daxili İşlər Nazirliyinə gələ biləcəyi bildirilir.

Xarici İşlər Nazirliyi üçün prezidentin sözçüsü İbrahim Kalının da ismi çəkilir.

Fərqli bir iddiaya görə, Müdafiə Nazirliyi üçün Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfullah Hacımüftüoğlunun da adı dilə gətirilir. Hacımüftüoğlunun nazir olacağı gözləntisi var.

Təbii fəlakətlər və miqrasiya ilə bağlı iki yeni nazirliyin yaradılması nəzərdə tutulur. ATA İttifaqının keçmiş namizədi Sinan Oğan da bu iki mümkün qurumdan biri üçün adı çəkilənlər arasındadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər