31 May 2023 13:01
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beynəlxalq hüquqa əsasən, Böyük Britaniya müharibə vəziyyətində olan dövlət kimi təsnif edilə bilər və bu halda krallığın istənilən rəsmisi legitim hərbi hədəf sayıla bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

Onun fikrincə, Britaniya Ukrayna ilə müttəfiqlik münasibətlərinə və ona verdiyi hərbi dəstəyə görə “Rusiyanın əbədi düşməni” statusu ala bilər. Medvedevin iddiasına görə, Britaniya Rusiyaya qarşı de-fakto elan olunmamış müharibə aparır. Rusiya rəsmisi hədələyib ki, əgər müharibəni dəstəkləsələr, təkcə hərbi rəsmilər deyil, mülki şəxslər də legitim hədəf sayılacaqlar.

Dünən Britaniya Xarici İşlər Nazirliyi Ukraynanın öz sərhədlərindən kənarda (Rusiya ərazisinə) özünümüdafiə məqsədli zərbə endirmək hüququ barədə açıqlama verib. Həmin açıqlamaya görə, bu, Rusiyanın Ukraynaya qarşı hərbi güc tətbiq etməkdən çəkindirə bilər. Britaniya XİN-in fikrincə, Ukraynadan kənarda qanuni hərbi hədəflərə hücum həmin dövlətin müdafiə elementlərindən biri hesab olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər