31 May 2023 19:28
6 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrika Respublikası (CAR) Beynəlxalq Cinayətlər Məhkəməsi (BCM) tərəfindən axtarışda olan Rusiya Prezidenti Vladimir Putinin də qatılacağı BRİKS sammitinin iştirakçılarına toxunulmazlıq verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi CAR-dakı mənbələrə istinadla məlumat yayıb.

“Bu, iştirak səviyyəsindən asılı olmayaraq, Cənubi Afrikada təşkil olunan bütün beynəlxalq konfranslar və sammitlər üçün verdiyimiz standart zəmanətdir”, - məlumatda qeyd edilir.

Eyni zamanda, vurğulanır ki, BRİKS-in toplantıları üçün toxunulmazlığın verilməsi BCM-in hansısa konfrans iştirakçısına qarşı verdiyi orderi ləğv etmir.

BCM martın 17-də Vladimir Putinin, eləcə də Rusiyanın uşaq hüquqları üzrə ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər