Amerikalı sahibkar İlon Mask ona məxsus olan "Twitter" sosial şəbəkəsinin adını dəyişmək planlarını təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, İ.Mask bununla bağlı paylaşım edib.
"T(w)itter Daily News" portalı daha əvvəl İ.Maskın son müsahibəsindən sitat gətirərək onun gələcəkdə sosial şəbəkənin adının X olaraq dəyişdirilə biləcəyinə işarə edib. Bu yazıya şərhində amerikalı sahibkar bunun doğru olduğunu təsdiqləyib.