2 İyun 2023 21:28
2 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Silahlı Qüvvələri ilin sonuna qədər Rusiyanın işğalında olan Krımı azad etməyə tam qadirdir”.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

Nazir qeyd edib ki, Rusiya qoşunlarının lazımi texnikası tükənir.

“Döyüş meydanında gördük ki, rus qoşunlarını bir yerdən vursan, dağılmağa başlayacaq”, - o bildirib.

Ben Uolles yaxın aylarda Krımın azad edilməsini real hesab edir.

Məlumata görə, ruslar artıq Armyansk yaxınlığındakı “Krım Titan” zavodunun ərazisini minalayırlar. Ukrayna mətbuatının iddiasına görə, ruslar həmçinin Krım sakinlərinin daşınmaz əmlaklarını müsadirə etməyə başlayıblar.

Sosial şəbəkələrdə Krım körpüsünün dirəklərində çatların əmələ gəldiyini göstərən fotolar da yayımlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər