Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cevdet Yılmazı ölkənin yeni vitse-prezidenti təyin edib.
Teleqraf.com xəbər verir ki, Çankaya sarayında keçirilən tədbirdə dövlət başçısı 67-ci hökumətin tərkibini açıqlayıb.
Qeyd edək ki, daha öncə Cevdet Yılmaz 23, 24, 25, 26 və 27-ci çağırış millət vəkili seçilib. Bundan başqa, o, inkişaf naziri, baş nazir müavini, dövlət naziri vəzifələrində çalışıb.