5 İyun 2023 12:45
3 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqladığı yeni kabinet üzvləri bu dəfə nazir olacaqlarını son anda deyil, əvvəlcədən öyrəniblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazır.

Məlumata görə, Ərdoğan yeni Nazirlər Kabineti ilə bağlı məsləhətləşmələri bunu elan etməmişdən iki gün əvvəl tamamlayıb və yekun siyahını müəyyən edib. Bundan sonra kabinetə daxil olacaq isimlər açıqlanmağa başlayıb.

Yeni xarici işlər naziri Hakan Fidan digər nazirlərdən əvvəl kabinetə daxil olacağı barədə məlumatlandırılıb.

Vitse-prezident vəzifəsinə təyin edilən Cevdet Yılmaz və xəzinə və maliyyə naziri Məhmət Şimşəkə iki gün əvvəl axşam xəbər verilib. Digər nazirlərin əksəriyyəti isə bir gün əvvəl məlumatlandırılıb.

Açıqlamadan bir gün əvvəl (iyunun 2-də) axşam saatlarında bəzi nazirlər prezidentin iqamətgahına dəvət edilərək onlara məlumat verilib və Ərdoğanın açıqlamasına qədər bu barədə heç kimə deməmələri xahiş edilib.

Əvvəlki təcrübələrdə bəzi isimlər Nazirlər Kabineti elan edilməzdən az əvvəl nazir olduqlarını öyrənirdilər. Keçmiş təcrübələrdə televiziyalardan onların nazir olduqlarını eşitmək nümunələri də var.

Yeni təyin olunmuş nazirlərin iyunun 7-də parlamentdə and içmələri gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər