9 İyun 2023 10:24
6 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbi aviasiyası gecə saatlarında “Şahid” PUA-ları (İran istehsalı), “X-101” və “X-55” qanadlı raketləri ilə Ukrayna ərazilərini zərbə endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

İran dronları cənubdan, qanadlı raketlər isə Xəzər dənizindən qalxan 4 “Tu-95” strateji bombardmançı təyyarəsindən buraxılıb.

Hücum zamanı 16-ya qədər PUA və 6 qanadlı raket atılıb. Ukrayna aviasiyasının cavab tədbirləri nəticəsində 4 ədəd “X-101” və X-55” qanadlı raketi, 10 ədəd “Şahid”, “Lancet” və 4 ədəd taktiki “Orlan-10” PUA-sı məhv edilib.

Bundan başqa, ruslar Qara dənizdən Ukrayna ərazilərini “Kalibr” raketləri ilə vurub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər