Suriyada baş kəsməklə "məşhurlaşan" İŞİD liderlərindən biri elə başının kəsilməklə qətlə yetirilib. Hadisənin təfərrüatları tam bəlli olmasa da, hadisənin intiqam və qisasçılıq zəminində törədildiyi ehtimal edilir. Belə ki, İŞİD terror qruplaşmasının liderlərindən birinin başı kəsilmiş meyiti uzun axtarışlardan sonra başı kəsilmiş vəziyyətdə aşkar edilib.
Teleqraf.com-un “Röyters”ə istinadən verdiyi xəbərə görə, qətlə yetirilən şəxs Suriyada İŞİD-in dini polis qurumunun rəis müavini səlahiyyətlərini icra edib. Edamların məhz bu qurum tərəfindən həyata keçirildiyi qeyd olunur.
Başı bədənindən ayrılmış şəxsin ağzında siqaret (İŞİD-in dini polisi nəzarət etdiyi ərazilərdə siqaret çəkməyə qadağa qoyub), üzərində isə “Bu pislikdir” sözləri yazılmış kağız parçası tapılıb.
Qətlə yetirilənin nüfuzlu şəxs olduğu bildirilir. Onun kim tərəfindən edam edildiyi məlum deyil.