9 İyun 2023 16:02
1 927
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ildə Türkiyənin müdafiə sənayesi 12 milyard 196 milyon dollar gəlir əldə edib.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Müdafiə və Aerokosmik Sənaye İstehsalçıları Assosiasiyası (SASAD) açıqlayıb.

Hesabata görə, 2022-ci ildə alınan 8 milyard 797 milyon dollarlıq yeni sifarişin 2 milyard 234 milyon dolları hərbi aviasiya, 2 milyard 281 milyon dolları isə silah, sursat və raketlərdən ibarət olub.

Əsasən bir çox istehsalçının yerüstü nəqliyyat vasitələri üçün platformalardan ibarət 1 milyard 784 milyon dollarlıq sifarişi qəbul edilib.

Oxşar proqnoz ixrac məlumatlarında da öz əksini tapıb. 2022-ci ildə xarici satışın 1,2 milyard dollarını mülki aviasiya, 546 milyon dollarını hərbi aviasiya, 835 milyon dollarını quru nəqliyyat vasitələri, 686 milyon dollarını isə silah-sursat və raketlər təşkil edib.

Sifarişlərin yarısı xaricdəndir

Müdafiə sənayesi dövriyyəsinin 4 milyard 396 milyon dolları xaricə mal və xidmətlərin satışından əldə olunub. Sektorun davamlılığı üçün mühüm göstərici olan yeni sifarişlər isə 8 milyard 797 milyon dollar səviyyəsinə çatıb. Sifariş səviyyəsi əvvəlki ilə nisbətən 2,58% artıb.

Sifarişlərin əksəriyyətinin xaricdən olması diqqət çəkib. 2022-ci ilin sifarişlərinin 4 milyard 23 milyon dolları daxili, 4 milyard 774 milyon dolları isə xaricdən alınıb. Xaricdən alınan sifarişlərin 70 faizinin son müştəridən olması mühüm əhəmiyyət kəsb edir, çünki ən yüksək əlavə dəyəri olan istifadəyə hazır məhsullar ixrac olunur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər