Macarıstanın Baş naziri Viktor Orban Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovu ölkəsinə səfərə dəvət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə rəsmi “Neytral Türkmənistan” qəzeti məlumat yayıb.
Sərdar Berdıməhəmmədov dəvəti qəbul edib.
Viktor Orban iyunun 8-9-da Türkmənistanda olub. Bu, onun ölkəyə ilk səfəridir.
Danışıqlar zamanı ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq müzakirə edilib, səkkiz sənəddən ibarət paket imzalanıb.