11 İyun 2023 09:49
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin paytaxtı Stokholmda atışma olub, 15 yaşlı uşaq ölüb, daha 3 nəfər yaralanıb.

Teleqraf.com "Agence France-Presse" nəşrinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, hadisə iyunun 10-da axşam saatlarında Stokholmun cənubundakı meydanda baş verib.

Yeniyetmə aldığı xəsarətlərdən ölüb, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

"Hadisə yerində ölən şəxs 15 yaşlı oğlandır", - Stokholm polisinin sözçüsü Tove Haqq bildirib.


Müəllif: Pərvin Cəfərova