13 İyun 2023 08:42
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litva Baş Prokurorluğu rusiyalı telejurnalistlər Vladimir Solovyov, Olqa Skabeyeva və Anton Krasovskiyə qarşı cinayət işi açıb.

Teleqraf.com xəbər verir ki, bunu Litva Respublikası Dövlət Prokurorluğunun Mətbuat Mərkəzi iyunun 12-də bildirib.

İşin başlanmasına səbəb Litva Seyminin deputatı Laurinas Kaşyunasın həmin şəxslərin Ukraynadakı hərbi cinayətlərdə, o cümlədən uşaqların Belarusa deportasiyasında iştiraklarını danması barədə müraciəti olub.

Baş prokuror Nida Qrunskene aydınlaşdırıb ki, iddiaçı adları çəkilən şəxslərin sistemli, metodik və davamlı olaraq Ukraynada insanların öldürülməsinə çağırış etdiklərini bəyan edib.

“Solovyov, əlavə olaraq, Litva, Polşa və Almaniyada da insanları məhv etməyə çağırır”, - Kaşyunasın müraciətində bildirilib.

Qeyd edək ki, Litva qanunvericiliyi bu cür cinayətləri 5 ildən 15 ilə qədər həbslə cəzalandırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər