13 İyun 2023 10:24
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Diş müalicəsi səbəbiylə bu gün proqramları ləğv edilən ABŞ Prezidenti Co Baydenin səhhəti yaxşıdır".

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karin Jan-Pyer mətbuat konfransında deyib.

Sözçü dünən gecədən başlayan diş ağrısı səbəbiylə Baydenin lokal anesteziya ilə kanal müalicəsi aldığını vurğulayıb: “Prezidentin əməliyyatı uğurlu keçdi. Bayden özünü yaxşı hiss edir və bu gün öz iqamətgahında işləyəcək. Prezident bir çox amerikalı kimi müalicə alır. Bu, adi bir prosedurdur”.

Qeyd edək ki, Ağ Ev səhər saatlarında Baydenin diş müalicəsi keçdiyi üçün əvvəlcədən elan edilmiş proqrama qatıla bilməyəcəyini açıqlayıb.

Baydenin NATO-nun baş katibi Yens Stoltenberqlə planlaşdırılan görüşü və digər proqramları da təxirə salınıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər