14 İyun 2023 18:38
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Silahlı Qüvvələrin uğurlu əks-hücum əməliyyatı barədə məlumat verib.

Teleqraf.com xəbər verir ki, nazir müavini Ukrayna ordusunun ötən ildən Rusiyanın işğalı altında olan Mariupol şəhəri istiqamətində irəlilədiyinə eyham vurub.

“Ukrayna müdafiə qüvvələri qismən uğurla hücum əməliyyatı keçirməyə davam edir”, - Malyar bildirib.

Xüsusilə, ötən gün ukraynalılar Baxmut istiqamətində müxtəlif ərazilərdə 200-500 m, Zaporoje vilayətində isə 300-350 m irəliləyiblər.

“Qoşunlarımız son dərəcə şiddətli döyüşlər, düşmənin aviasiya və artilleriya üstünlüyü şəraitində hərəkət edir”, - Ukrayna rəsmisi vurğulayıb.

Malyar qeyd edib ki, Berdyansk istiqamətində Makarivka kəndi yaxınlığında, Mariupol istiqamətində isə Novodanilivka və Novopokrovsk rayonlarında döyüşlər davam edir.

Eyni zamanda, Rusiya ordusu həm canlı qüvvə, həm də texnika və silahlar baxımından itki verir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər