Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasına dair dördtərəfli görüş Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.
Teleqraf.com xəbər verir ki, Türkiyə, Suriya, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri bu gün görüşəcək.
Görüşdə Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması üçün atılacaq konkret addımlar müzakirə olunacaq.
Türkiyə terrorla mübarizə, siyasi həll yolu, qaçaqınların könüllü və təhlükəsiz geri qayıtmaları ilə bağlı qətiyyətini bir daha vurğulayacaq.
Rəsmi Dəməşqin Ankaranın prioritetlərinə münasibəti prosesin irəliləməsi üçün həlledici olacaq.
On bir ildən sonra Ankara ilə Dəməşq arasında ilk təmas ötən il dekabrın 28-də baş tutub. Həmin görüşdə müdafiə nazirləri və kəşfiyyat rəhbərləri bir araya gəliblər. Bundan sonra xarici işlər nazirlərinin müavinləri və xarici işlər nazirləri görüşüblər.
Proses ilk olaraq Türkiyə, Rusiya və Suriya arasında başlayıb. Müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin ilk görüşündən sonra prosesə İran da cəlb edilib.