Hondurasın Fransisko Morazan departamentindəki qadın həbsxanasında məhbuslar qiyama qalxıblar.
Teleqraf.com xəbər verir ki, toqquşmalarda 41 məhbus öldürülüb.
Hadisə "Cefas" Qadın Sosial Uyğunlaşma Mərkəzində “Mara Salvatrucha” və “Barrio” cinayətkar dəstələrinin üzvləri arasında baş verib.
Məlumata görə, azı 25 qadın hamamda yanaraq, daha 7 nəfər bıçaq xəsarətlərindən dünyasını dəyişib.
Qeyd olunub ki, dəstə üzvləri bir neçə rəqib qadının əl-qollarını bağlayaraq yandırıblar.