22 İyun 2023 21:14
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə milli müdafiə naziri Yaşar Gülər ​​və Ukraynanın müdafiə naziri Aleksey Reznikov arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı taxıl sazişi ilə bağlı son vəziyyət müzakirə olunub. Türkiyəli nazir taxıl təşəbbüsünün fasiləsiz davam etdirilməsinin vacibliyini vurğulayıb. Y.Gülər əlavə edib ki, Türkiyə 17 iyulda müddəti bitən taxıl sazişinin uzadılması üçün bütün lazımi səyləri göstərəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər