23 İyun 2023 13:14
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin 2022-ci ilin yanvar-aprel dövrü üçün hazırladığı “Silahlı Münaqişələrdə Uşaqlar” hesabatında ötən il PKK terror təşkilatı PKK və onun Suriya qolu SDQ-YPG tərəfindən 1200-dən çox uşağın əsgər kimi istifadə edildiyi bildirilir.

Teleqraf.com xəbər verir ki, Suriyada 2407 uşağın ciddi şəkildə hüquqları pozulub, 1696 azyaşlı isə YPG/PKK terror təşkilatı və digər silahlı qruplaşmalar tərəfindən əsgər və ya müxtəlif məqsədlər üçün istifadə olunub.

Hesabatda SDQ-nin 637, YPG/PKK və SDQ ilə əlaqəli qruplaşmaların isə 633 uşağı silahlı heyətlərinə cəlb etdikləri bildirilir.

Sənəddə BMT baş katibi Antonio Quterreşin bu fikirləri də yer alır:

“Uşaqların YPG/PKK tərəfindən əsgər kimi istifadə edilməsi bizi çox narahat edir. Mən onları uşaqlardan əsgər kimi və müxtəlif məqsədlər üçün istifadə etməyi dayandırmağa və öz sıralarında olan bütün uşaqları azad etməyə çağırıram”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər