24 İyun 2023 17:40
41 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Könüllüləri” Korpusunun komandiri “Vaqner” qrupunun Rusiyadakı qiyamı ilə bağlı bəyanat verib.

Teleqraf.com xəbər verir ki, korpus rəhbəri Rusiya ordusunun hərbçilərinin mövqelərini tərk etməyə başladıqlarını deyib.

“Yeni bir kədərli zaman gəlib çatdı. Qanlı tiran öz taxtına tam hakimdir, bunun üçün Rusiya şəhərlərinin əhalisini öldürməyə hazırdır, Voronej və Rostov-na-Donda baş verən partlayışların videosunu, “Rosqvardiya” əsgərlərinin bir ailəni edam etməsinin kadrlarını hamı görüb. Məndə olan məlumata görə, Putinin özü artıq Valdaya təxliyə olunub, onun ardınca Moskvadan biznes təyyarələri ilə yola düşən rus elitasının nümayəndələri də təxliyə edilib”, - bəyanatda deyilir.

Eyni zamanda o, Ukraynada rus cəbhəsinin dağılmağa başlamasına, Rusiya ordusunun ruhdan düşmüş və nizamsız hərbçilərinin mövqelərini tərk etmələrinə diqqət çəkib.

“Baxmutda və Zaporoje istiqamətində Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri heç bir müqavimətə rast gəlmədən irəliləyirlər. “Rusiya Könüllüləri” Korpusunun bütün tərəfdarlarını aktiv fəaliyyətə çağırıram. Bizim hamımızın taleyimizi və vətənimizin taleyini müəyyən etmək üçün unikal şansımız var”, - korpus komandiri deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər