25 İyun 2023 23:35
34 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusun (COVID) Çinin Uxan şəhərindəki Uxan Virusologiya İnstitutunda laboratoriya şəraitində yaradıldığına dair birbaşa sübut yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Xidmətinin hesabatında deyilir.

Təhlükəsizlik və kəşfiyyat rəsmiləri COVID-19-un laboratoriyada hazırlandığını istisna etməsələr də, bunun təsdiqini tapmayıblar.

“Virusun laboratoriya və ya təbii mənşəyi ilə bağlı hər iki fərziyyə ehtimallara əsaslanır”, - hesabatda deyilir.

Sənəddə bununla bağlı məlumatların ziddiyyətli olduğu bildirilir.

ABŞ kəşfiyyatı hesabatında Uxan İnstitutunun həqiqətən də koronaviruslar üzərində təcrübələr apardığını, amma pandemiyaya səbəb olan COVID-19-un sızmasına dair heç bir dəlil tapılmadığını qeyd edir.

Bəzi ekspertlər uzun müddətdir koronavirus pandemiyasına Çindəki laboratoriyadan sızma səbəb olduğunu deyirlər. Amma Ümumdünya Səhiyyə Təşkilatı bu versiyadan həmişə ehtiyatlı olub. Virusun orada yoluxmuş yarasalardan insanlara keçdiyi güman edilir. Bununla belə, elm adamlarının hələ də yarasalar haqda versiyanı təsdiq edəcək sübutları yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər