26 İyun 2023 18:42
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli psixiatr Mustafa Mərtər psixiatr və psixoloqların apardığı müalicələrlə bağlı maraqlı iddia ilə gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, o, homoseksuallığın (LGBT) müalicəsinin olduğunu iddia edir.

Mərtər psixiatr, psixoloq və terapevtlərin 90 faizinin homoseksual olmaqdan qurtulmaq istəyən xəstələrə bunun müalicəsinin olmadığını və onların anadan belə doğulduqlarını söylədiklərini deyir:

“Onlara deyirlər ki, sən belə doğulmusan. Yalandır. Bütün elmi araşdırmalar bunun anadangəlmə və genetik olmadığını sübut edir. “Science” jurnalının 2019-cu il üçün geniş araşdırmasına baxın. İnsanların gözünün içinə baxaraq yalan danışan psixiatrlar, psixoloqlar var. Onlar necə insanlardır?!”

Psixiatr homoseksuallığın müalicəsinin olduğunu bildirir:

“İkinci yalan: “bunun müalicəsi yoxdur” deyirlər. Yenə yalan. ÇAKOP saytına girsinlər! Müalicədən keçmiş insanları və bunu müalicə edən terapevtləri görsünlər. Bundan qurtulub evlənələri demirəm, terapevt olanlar belə var. O insanlar deyirlər ki, biz bundan əziyyət çəkdik, başqaları əziyyət çəkməsinlər”.

Mustafa Mərtər bəzi mütəxəssislərin insanları aldatdıqlarını vurğulayır:

“Media və sosial media monopoliyası onların əllərindədir. Bunun tam əksini deyərək insanları aldadırlar. Bəzən bunları danışmaqdan o qədər yoruluram ki, “kömək edin” deyə qışqırıram. Çünki bu, belə bir faciədir. Valideynlər pərişandır, uşaqlar aldanır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər