Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenkoya silahlı qiyamın yatırılmasına verdiyi töhfəyə görə təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin televiziya ilə çıxışında bildirib.
“Mən Belarus Prezidenti Aleksandr Lukaşenkoya vəziyyətin sülh yolu ilə həllinə göstərdiyi səylərə və töhfələrinə görə minnətdaram”, - Putin deyib.
Rusiya Prezidenti qeyd edib ki, rusların vətənpərvərlik ruhu və cəmiyyətin birləşməsi silahlı qiyamın dayandırılmasında həlledici rol oynayıb.