27 İyun 2023 17:43
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndi İrana qarşı mövqeləri zəiflətməyin vaxtı deyil”.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı senator Tim Skott deyib.

Onun sözlərinə görə, ABŞ hökuməti İranla nüvə razılaşmasına nail olmağa çalışdığını göstərsə də, keçmiş Barak Obama administrasiyasının bu məsələdə Konqresdən yan keçmək səylərini davam etdirir.

“İndi Bayden administrasiyası da eyni oyundan istifadə edir. Mən həmkarlarımla birlikdə İrana qarşı sanksiyaları ləğv edən istənilən sazişdə Konqresin tələbinin yer almasını ehtiva edən layihəyə dəstək verdim. İndi İran rejiminə qarşı mövqeləri zəiflətməyin vaxtı deyil”, - senator bildirib.

Bu qanun layihəsi İranın ABŞ vətəndaşlarını və rəsmilərini təhdid etməsi, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə kömək etməsi və etiraz aksiyalarını zorakılıqla yatırması addımları ilə bağlıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər