27 İyun 2023 20:49
2 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndi yeni qlobal münaqişə təhlükəsi həmişəkindən daha yaxındır”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Belarus lideri bunun təzahürlərindən biri kimi NATO-nun genişlənməsinin yeni dalğasını və alyans ölkələrinin hərbi potensialının güclənməsini göstərib.

“Növbəti dəfə ölkəmizi, bütün regionumuzu havaya uçurmağa, insanları çaşdırmağa çalışırlar. Elə bir nizam-intizam qurmaq istəyirlər ki, artıq nə bizim ölkələrimiz, nə də xalqlarımız mövcud olacaq. Mənim mövqeyim belədir ki, Rusiya dağılacaqsa, biz də dağıntılar altında qalacağıq, hamımız məhv olacağıq”, - Lukaşenko bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər