30 İyun 2023 10:14
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Rusiyanın işğalı altındakı Zaporojye vilayətinin Berdyansk şəhərində silsilə partlayışlar baş verib.

Teleqraf.com "TASS"a istinadən xəbər verir ki, bu barədə şəhərin fövqəladə hallar xidməti məlumat verib.

Şəhərdə hava hücumundan müdafiə sisteminin işlədiyi bildirilir. Partlayışlar Moskva vaxtı ilə saat 08:00-da olub.

“Berdyanskda partlayış səsləri eşidildi. İlkin məlumata görə, Rusiya Fedarasiyasının Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemi işə düşüb”, - deyə şəhərin fövqəladə hallar xidməti bildirib.


Müəllif: Pərvin Cəfərova