İran İnformasiya Nazirliyinin (Kəşfiyyat) əməliyyat qrupu iyulun 2-də dörd terrorçunu həbs edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Kəşfiyyat orqanlarının məlumatına görə, onlar Mazandaran əyalətində ölkənin şimalında əldəqayırma partlayıcı qurğularla bir sıra qurumları məhv etməyi planlaşdırıblar.
“Kəşfiyyat Nazirliyi Mazandaran əyalətində qumbaraatan və əldəqayırma bombalardan istifadə edərək insanların əmlakına zərər vurmaq istəyən 4 terrorçunu saxlayıb”, - deyə məlumatda bildirilir.