4 İyul 2023 10:28
3 948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xəzinə və maliyyə naziri Məhmət Şimşək Prezident Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nazir Türkiyə liderinin səfəri çərçivəsində iki ölkə arasında bəzi iqtisadi müqavilələrin imzalanacağını deyib.

Bayramdan əvvəl vitse-prezident Cevdet Yılmazla BƏƏ-yə səfərlərinin məhsuldar keçdiyini söyləyən Şimşək bu ölkənin lideri Məhəmməd bin Zayed əl-Nəhyanla görüşlərdə yeni iqtisadi əməkdaşlıq imkanlarının müzakirə olunduğunu bildirib. O, gələn həftə BƏƏ-dən Türkiyəyə nümayəndə heyətinin gələcəyini də qeyd edib. Nazir iki ölkənin nümayəndə heyətləri arasında iş konkretləşdikdən sonra Prezident Ərdoğanın BƏƏ-yə səfər edəcəyini də açıqlayıb.

Şimşək səfərin NATO-nun 11-12 iyul tarixində Litvada keçiriləcək sammitindən sonra baş tutacağını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər