4 İyul 2023 15:27
1 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Misir iki ölkə arasında diplomatik əlaqələri səfirlik səviyyəsinə qaldırıb. İki ölkə 13 ildən sonra qarşılıqlı səfir təyin edib.

Teleqraf.com xəbər verir ki, Saleh Mutlu Şən Türkiyənin Qahirədəki, Əmr əl-Xamami isə Misirin Ankaradakı səfiri təyin olunub.

Türkiyə və Misir hökumətlərinin birgə bəyanatında deyilir:

“Türkiyə Cümhuriyyəti və Misir Ərəb Respublikası iki ölkə arasında diplomatik əlaqələrin səfirliklər səviyyəsinə qaldırıldığını bəyan edir.

Türkiyə Qahirə səfiri vəzifəsinə səfir Saleh Mutlu Şənin, Misir Ankara səfiri vəzifəsinə Əmr əl-Xamaminin namizədliyini irəli sürüb.

İki ölkə prezidentlərinin qəbul etdiyi qərarlara uyğun olaraq, iki ölkə arasında diplomatik münasibətlərin səviyyəsinin yüksəldilməsi praktiki olaraq həyata keçirilir.

Bu addım iki ölkə arasında münasibətlərin yenidən normallaşmasına yönəlib və ikitərəfli münasibətləri Türkiyə və Misir xalqlarının maraqlarına uyğun inkişaf etdirmək üçün qarşılıqlı iradəni əks etdirir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər