Tanınmış tədqiqatçı-jurnalist Yelena Milaşina Çeçenistanda maskalı şəxslər tərəfindən vəhşicəsinə döyülüb və barmaqları sındırılıb.
Teleqraf.com xəbər verir ki, Milaşina vəkil Aleksandr Nemovla birlikdə məhkəməyə yollandığı vaxt hücumə məruz qalıb, vəkilin də döyüldüyü deyilir.
Yelena Milaşina 2022-ci ilin fevralında Kadırov onu terrorçu adlandırdıqdan və "həmişə terrorçuları və onların müttəfiqlərini məhv etdiklərini" dedikdən sonra Rusiyadan qaçmışdı. O, 2020-ci ildə digər vəkil Marina Dubrovina ilə birlikdə də hücuma məruz qalmışdı.