6 İyul 2023 10:01
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri cəbhənin beş istiqamətində uğurlu əks-hücum əməliyyatları keçirib, həmçinin Rusiyanın arxa cəbhəsinə raket zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında deyilir.

Analitiklər qeyd edirlər ki, Ukrayna hərbçiləri cəbhənin beş istiqamətində uğurlu əks-hücum əməliyyatları keçirərək, yeni mövqelərdə möhkəmləniblər. Bundan əlavə, institutun məlumatına görə, Ukrayna Silahlı Qüvvələri son sutka ərzində gecə-gündüz bütün cəbhə boyu Rusiya ordusunun arxa mövqelərinə intensiv raket zərbələri endiriblər.

“Bu zərbələr onu göstərir ki, Ukrayna Müdafiə Qüvvələri bütün hərbi əməliyyatların perimetri boyunca Rusiyanın logistikasını və yerüstü rabitə xətlərini sıradan çıxarmağa yönəlmiş koordinasiyalı zərbələr seriyasına başlayıb”, - məlumatda deyilir.

ISW analitiklərinin fikrincə, Ukrayna qüvvələrinin taktikası qarşı tərəfi yormağa yönəlib, bu da ərazilərin daha yavaş azad edilməsinə, amma canlı qüvvənin qorunub-saxlanılmasına hesablanıb. Bu, Rusiyanın canlı qüvvəsini və texnikasını tədricən zəiflədir. Ekspertlər vurğulayırlar ki, Ukraynanın bu taktikasının nəticələri dərhal hiss olunmayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər