8 İyul 2023 15:05
1 621
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ədliyyə Nazirliyi Amerika Hərbi Dəniz Qüvvələrinin 2021-ci ildən bəri regional sularda ələ keçirdiyi İran “İslam İnqilabı Keşikçiləri Korpusu” (SEPAH) tərəfindən Yəmənə göndərilən silahların müsadirə edilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Teleqraf.com xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin şikayəti əsasında SEPAH-dan ələ keçirdiyi 9 min avtomatı, 284 pulemyotu, 194 reaktiv yaylım atəşi sistemini, 70 tank əleyhinə idarəolunan raketi və 700 mindən çox gülləni müsadirə etməyi planlaşdırır.

ABŞ Hərbi Dəniz Qüvvələri bu silahları 2021-2023-cü illər ərzində ələ keçirib.

ABŞ Hərbi Dəniz Qüvvələri öz bəyanatında bildirib ki, bu silahlar İran, Çin və Rusiya tərəfindən istehsal olunub və bunların ələ keçirilməsi ABŞ-ın SEPAH-ın silah qaçaqmalçılığına qarşı davamlı səylərini göstərir.

Prokuror Metyu Qreyvs bunu SEPAH tərəfindən zorakılığın və qan tökülməsinin qarşısını almaq üçün növbəti addım kimi qiymətləndirib və qlobal təhlükəsizliyə qarşı terror təhlükəsi ilə mübarizə üçün bütün mümkün vasitələrdən istifadə edilməsinin vacibliyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər