ABŞ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azov” Alayının komandirlərini Ukraynaya təhvil vermək qərarının motivlərini bilmir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müvafiq sual şəxsən Prezident Ərdoğana verilməlidir.
Sallivan əlavə edib ki, Ukrayna xalqı Mariupolu müdafiə edən komandirlərinin geri qayıtmasına sevinc içində və emosional reaksiya verib.
ABŞ-ın müvafiq qərarın verilməsində iştirakına gəlincə, prezidentin müşaviri söyləyib:
“Biz buna qarışmamışıq və Ərdoğanın bununla nəyə nail olmaq istədiyini dəqiq şərh edə bilmərik”.