9 Yanvar 2015 06:05
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Fəthullah Gülən tərəfdarlarını növbəti dəfə sərt tənqid atəşinə tutub.

Teleqraf.com-un məlumatına görə, o, vurğulayıb ki, dövlətə parallel strukturlar formalaşdırmağa səy göstərən hizmətçi hərəkatın uğur, müvəffəqiyyət qazanması mümkün deyil.

O, "Bu paralelçi şəbəkə, onların çöldə etdiyi propaqandalar nə olursa olsun, bu müvəffəqiyyət hekayəsinin üstünü örtə bilməyəcək. Kimlər nə qəbul əməliyyatları edirlərsə etsinlər, bəlkə bu qəbul əməliyyatları bəzi mərkəzlərə təsirini göstərə bilər, amma insanlıq vicdanında göstərə bilməyəcək" söyləyib.

Davudoğlu Ankara Vilayətlər Evində Səfirlər Konfransı səbəbiylə verilən axşam yeməyində etdiyi çıxışında AKP-nin fövqəladə konqressində vurğuladığı bəzi təməl qanunları hökumət proqramına keçirdiyini, bunların "bərpa, ihya və inşa" olduğunu xatırladıb.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər