Ukrayna qoşunları Rusiyanın nəzarətində olan Zaporojye vilayətinin Tokmak şəhərini kasetli döyüş sursatlarından atəşə tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, raketlərin biri fabrikə, digəri isə boş əraziyə düşüb.
Dağıntı və tələfatla bağlı məlumat verilmir.