İranın mərkəzindəki İsfahan əyalətində hava limanında aparılan axtarış zamanı qadının mədəsində 126 həşiş kapsulu aşkar edilib.
Teleqraf.com xəbər verir ki, İsfahandan uçmağa hazırlaşan qadının davranışı hüquq-mühafizə orqanlarının əməkdaşlarına şübhəli görünüb. Saxlanılan zaman həkim müayinəsi aparılıb və nəticədə şübhəlinin mədəsində narkotik maddə dolu kapsulların olduğu müəyyən edilib.
Qadın əməlini etiraf edib. O, xəstəxanaya aparılıb və mədəsindən 126 kapsul həşiş çıxarılıb. Onların ümumi çəkisi təxminən 1,74 kq olub.
İş baxılması üçün müvafiq orqanlara göndərilib.