15 İyul 2023 00:26
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı "Çandrayaan-3" adlı planetlərarası kosmik stansiyasını Aya göndərib.

Teleqraf.com xəbər verir ki, “GSLV Mk III” adlı daşıyıcı raketin startı Satiş Dhavan Kosmik Mərkəzində yerləşən kosmodromdan həyata keçirilib. Hadisə Hindistan telekanalları vasitəsilə canlı yayımlanıb.

Məlumatda “Çandrayaan-3” missiyasının üç əsas məqsədi qeyd olunur: Ayın səthinə təhlükəsiz və yumşaq eniş həyata keçirmək, peykin səthində aparatın işini nümayiş etdirmək və bir sıra elmi tədqiqatlar aparmaq.

Qeyd edək ki, “Çandrayaan-3” stansiyası artıq Yerin orbitinə çıxarılıb və daşıyıcı aparatdan uğurla ayrılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər