16 İyul 2023 18:58
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti dörd il ərzində Estoniya tərəfindən 1,2 milyard avrodan çox sursat alınacaq.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.

“Hava hücumundan müdafiə sisteminin inkişafı üçün orta mənzilli raket kompleksi, hava təhdidlərini dəf etmək üçün döyüş sursatları alınacaq, manevr bölmələrinin mexanikləşdirilməsinə başlanacaq”, - məlumatda deyilir.

Müdafiə naziri Hanno Pevkur sursatın alınmasının 2024-cü ildən 2027-ci ilədək hərbi inkişaf planı çərçivəsində həyata keçiriləcəyini təsdiqləyib.

"Biz müdafiə xərclərini ümumi daxili məhsulun 3 faizinə qədər artırmaqla hərbi sahəyə önəmli sərmayə yatıra bilərik", - nazir söyləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər