Ruslar ələ keçirdiyi Ukrayna torpaqlarını saxlamağa çalışaraq şiddətli müqavimət göstərirlər.
Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Andrey Kovalev bildirib.
Ukrayna Müdafiə Qüvvələri cəbhənin cənub hissəsinin iki istiqamətində hücumda uğur qazanıb, döyüşçülər hal hazırda öz mövqelərini tutublar.
Onun sözlərinə görə, ukraynalı əsgərlər Malaya Tokmaçka - Novopokrovka və Velika Novoselka istiqamətlərində irəliləyə biliblər.
"Ukrayna hərbçiləri Baxmut şəhərinin şimalında və cənubunda hücum əməliyyatlarını davam etdirir. Düşmən güclü müqavimət göstərir, şiddətli döyüşlər davam edir", - Andrey Kovalev deyib.