19 İyul 2023 01:27
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ aviadaşıyıcısının və qırıcılarının Hörmüz boğazına göndərilməsi İranla müharibəyə hazırlıqla bağlı deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

"Biz İranı qlobal neft tədarükünün təxminən 20%-nin keçdiyi bu kritik vaxtda dəniz yolu ilə sərbəst ticarəti təhdid edən sabitliyi pozan hərəkətləri dərhal dayandırmağa çağırırıq" deyə bildirilib.

Miller, ABŞ-ın bölgədəki hərbi varlığının artmasının səbəbini davam edən təhdidlərlə əlaqələndirib. O, bunun Vaşinqtonun müttəfiqləri ilə koordinasiyada həyata keçirildiyini də vurğulayıb.

Bundan əvvəl Pentaqon sözçüsü ABŞ-nin F-16 və F-35 qırıcılarını, həmçinin USS Thomas Hudne qırıcısını Hörmüz boğazına göndərəcəyini açıqlamışdı.

Qırıcıların boğazda qalma müddəti müəyyən edilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər