30 İyul 2023 15:55
2 997
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər ərazinin bir hissəsi alınsa, Rusiya nüvə silahından istifadə etməli olacaq"

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev teleqram kanalında deyib.

"Rusiya Silahlı Qüvvələri indi nəinki əks-hücumu dəf etməyə davam edir, həm də dünya münaqişəsinin qarşısını alır, çünki Rusiya ərazisinin bir hissəsindən imtina səbəbindən nüvə silahından istifadə etmək məcburiyyətində qalacaq", - Medvedev bildirib.

Onun sözlərinə görə, RF Silahlı Qüvvələri rusları və ölkə torpağını qorumaqda davam edir.

“Bu, bütün layiqli insanlara aydındır. Bununla yanaşı, onlar dünya münaqişəsinin qarşısını alırlar”, - Medvedev əlavə edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər