ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, ölkənin indiki hakimiyyət orqanları dövlətin korrupsiyaya uğraması və “qarışıqlığa yuvarlanması” üçün hər şeyi edir, lakin o, seçkilərdə qalib gələrsə, bu, dəyişə bilər.
Teleqraf.com "TASS"a istinadla xəbər verir ki, bu barədə Tramp Pensilvaniyada tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
“Bu, qərəzli sistemdir. Əgər bu korrupsiyalaşmış ədalət sistemi qalib gəlsə, onlar ölkəni tamamilə ələ keçirəcək, sizin həyat tərzinizi əbədi olaraq məhv edəcəklər”, - deyə Tramp bildirib.
Onun sözlərinə görə, ölkəni xilas etməyin yeganə yolu 2024-cü il prezident seçkilərində qalib gəlməsidir.