Dünyanın ən çox turist qəbul edən bölgələrindən olan Türkiyənin Antalya şəhərinə 2023-cü ilin əvvəlindən iyulun 29-na kimi 8 milyondan çox xarici ölkə vətəndaşı gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Antalya valisi Ersin Yazıcı bildirib.
Onun sözlərinə görə, şəhərə 8 milyon 11 min 828 turist gəlib ki, bu da yeni rekord göstəricidir.
Bundan əvvəlki rekord göstərici 2019-cu ildə qeydə alınıb. O zaman Antalyaya 8 milyon 4 min 11 turist gəlmişdi.
Həmçinin şənbə günü təyyarə ilə Antalyaya gələn turistlərin sayına görə yeni rekord qeydə alınıb: 100 min 40 turist.