31 İyul 2023 19:58
1 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minlərlə "Vaqner" muzdlusu Belarusda peyda olduqdan sonra qonşu ölkələr - Litva və Polşa əlavə təhlükəsizlik tədbirlərinə əl atıb.

Teleqraf.com xəbər verir ki, Litvanın LRT telekanalının məlumatına görə, Litva prezidenti Gitanas Nauseda "Vaqner"in Belarusda olmasını ciddi təhlükə olduğunu bildirib. O vurğulayıb ki, muzdluların Litva, Polşa və Latviyaya qarşı təxribatları mümkündür.

Nauseda əlavə edib ki, Rusiya Federasiyasında "Vaqner" üsyanından sonra Litvada əlavə tədbirlər görülüb və təxribatlar baş verəcəyi təqdirdə Litva Silahlı Qüvvələri sərhədçilərin köməyinə gələ biləcəyini vurğulayıb.

Polşa hökumətinin İnformasiya Kosmosunun Təhlükəsizliyi üzrə Komissarı Stanislav Jarin isə Belarusla sərhəddə hələ də təhlükəli vəziyyətin olduğunu bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər