İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlundan tələbi açıqlanıb.
Teleqraf.com xəbər verir ki o, Kılıçdaroğlunun sədrliyə davam edəcəyi təqdirdə, İstanbul Böyükşəhər Bələdiyyəsinə namizəd olmayacağını bildirib.
Bundan əlavə, İmamoğlu yeni yol xəritəsini 10 gün ərzində mətbuat konfransında açıqlayacaq.
Qeyd edək ki, gələn il martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.