10 Yanvar 2015 19:32
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar terrorçu qruplaşmalar müxtəlif üsullarla yeniyetmələri və uşaqları öz sıralarına cəlb etməyə çalışırlar. Bu sırada İŞİD "Boko Haram", "Əl Qaidə", PKK və digər bu kimi qeyri-qanuni silahlı qurumlar da isitsna deyil.

Afrikanın şimal-qərbində baş verən intiharçı hücum terrorçuların kiçik yaşlı uşaqlardan öz məqsədləri üçün istifadə etdiklərini bir daha təsdiqləyir. Belə ki, Nigeriyada 10 yaşlı qız terror aktı törədib.

Teleqraf.com-un “Frans Press”ə istinadən məlumatına görə, azyaşlı terrorçu-kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində 10 nəfər ölüb.

Partlayış bazarda baş verib. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Ölənlər arasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri də olub.


Müəllif:

Oxşar xəbərlər