Rusiya qüvvələri hücum əməliyyatlarını davam etdirərək Kupyan-Svatov sərhədinə qədər irəliləyib. Geolokasiya görüntüləri göstərir ki, rus qoşunları Novoselovskın cənub hissəsindəki Kupyan-Svatov magistralına doğru irəliləyiş əldə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Rusiya mənbələri də Novoselovskın şimalında irəliləyişləri barədə məlumat veriblər, amma ABŞ institutu bu istiqamətdə dəqiq təmas xəttinin bəlli olmadığını bildirib.
Rusiyanın hərbi mənbələri Karmaznivka ərazisində Jerebets çayının qərb sahilində 5 kilometrlik körpübaşını tutduqlarını iddia edirlər. ISW bu iddianı yalanlayıb.
Rusiya qoşunları Kreminnayada da hücum əməliyyatlarını davam etdirib. Amma bu səylər nəticəsiz bitib. Əvəzində Ukrayna Silahlı Qüvvələri Kreminnayada hücumlarını davam etdirərək irəliləyiblər. Geolokasiya görüntüləri Ukrayna qüvvələrinin Kreminnayada Dibrovadan qərbə doğru irəlilədiyini göstərir.
Eyni zamanda, Ukrayna ordusu Kupyan-Svatovye xəttində məhdud hücum əməliyyatlarını davam etdirib, amma irəliləməyib.