Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi Livandakı vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, həmçinin onlara silahlı qarşıdurmaların olduğu ərazilərdən uzaq durmaq tövsiyə olunur.
Səfirliyin bəyanatında Səudiyyə vətəndaşlarının Livana səyahət qadağasının vacibliyi vurğulanır.
Eyni zamanda, Küveyt hökuməti Livandakı vətəndaşlarını ayıq olmağa və təhlükəsizlik baxımından qeyri-sabit bölgələrdən uzaq durmağa çağırıb.
Səudiyyə Ərəbistanı ilə yanaşı, Fransa və Almaniya da öz vətəndaşlarını Livanı dərhal tərk etmək çağırışı edib.
“Israel Today” İsrail ordusu və “Hizbullah” terror təşkilatı arasında hərbi toqquşmanın istisna olunmadığını yazır.