5 Avqust 2023 16:32
5 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə “Siq” tankerinə hücumlarına cavab olaraq Rusiya bu ölkənin qərb vilayətlərinə hücum etməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

“Əgər Kiyev Qara dənizdə ekoloji yaratmaq istəyirsə, özü əsrlər boyu bunu yaddan çıxara bilməyəcək: tezliklə əraziləri (qərb bölgələri) Polşaya keçəcək”, - Rusiya rəsmisi bildirib.

Medvedev Ukraynanın yalnız qəddarlıq və gücdən anladığını söyləyib.

“Görünür, Odessaya, İzmayıl və digərlərinə zərbələr kifayət deyil”, - sədr müavini əlavə edib.

Ukrayna hərbçiləri bu gün Kerç boğazında Rusiyanın “Siq” tankerini vurublar. Zərbə nəticəsində gəmi deşilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər