7 Avqust 2023 08:14
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela Prezidenti Nikolas Maduro İsveç və Danimarkada Quranın yandırılmasına göz yuman Avropa dövlətlərinin liderlərini tənqid edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Al Mayadeen” telekanalına müsahibəsində bildirib.

Maduro deyib ki, müqəddəs kitabların yandırılmasına göz yumanlar bu prosesdə dolayısı ilə iştirak edirlər. O, mövcud problemi işıqlandırmayan KİV-ləri də qınayıb: “Avropalı xristianların müqəddəs kitabı göz önündə yandırılsaydı, onlar nə deyərdilər? Ona görə də İslam aləmində müqəddəs kitabın təhqir olunmasına qəzəbli reaksiya verilməsi tamamilə təbiidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər